Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfirinə Polşanın hava məkanına Rusiya pilotsuz uçuş aparatlarının girməsi ilə bağlı narazılığını ifadə etdi.
Bunu Caliber.Az xəbər verir.
The MFA summoned the Russian ambassador over the violation of Polish airspace. Drones in the airspace of Poland are unacceptable. Poland has Finland’s full support. NATO is ready to defend its territory. Russia must end its war of aggression and comply with the international law.
— MFA Finland 🇫🇮 (@Ulkoministerio) September 12, 2025
«Xarici İşlər Nazirliyi Polşanın hava məkanının pozulması ilə bağlı Rusiya səfirini çağırdı. Polşanın hava məkanında pilotsuz uçuş aparatları qəbuledilməzdir. Finlandiya Polşaya tam dəstək verir. NATO öz ərazisini müdafiə etməyə hazırdır. Rusiya təcavüzkar müharibəsinə son qoymalı və beynəlxalq hüququ gözləməlidir», – bəyanatda qeyd edilib.






























