İlk dəfə Amerika nümayəndə heyəti Kirovohrad vilayətindəki Ukrayna yataqlarına gəldi ki, bu bölgədə ehtiyatların hasilatı və emalı imkanlarını qiymətləndirsinlər.
Caliber.Az xəbər verir ki, bu barədə İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri Aleksey Sobolyov məlumat verib.
“U.S. International Development Finance Corporation nümayəndə heyəti ilə birlikdə Kirovohrad vilayətinə gedərək, bölgədəki hasilat və emal investisiya imkanlarını qiymətləndirdik“, – deyə o, Facebook-da yazıb.
Onun sözlərinə görə, bu yataqlardan hazırda titan filizi hasil edilir və gələcəkdə sirkonium filizlərinin hasilatı imkanları araşdırılır. O, həmçinin sahədə hafnium ehtiyatlarının da olduğunu əlavə edib. Bu resurs əsasən atom sənayesi və aviasiya sahəsində istifadə olunur.






























