Касpi “beşliyi” dənizin quruma problemi üzrə yeni birgə qrup yaradacaq. Növbəti görüş – Bakıda FOTO
Bölgənin ən kəskin ekoloji problemlərindən biri olan Kaspi dənizinin quruma məsələsinə yeni birgə qrupun fəaliyyəti həsr olunacaq. Onun yaradılması barədə razılıq Türkmənistanda başa çatan Xəzəryanı ölkələrin Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) 11-ci iclasında əldə edilib.

Üç günlük danışıqların nəticəsi olaraq, növbəti, 12-ci YSİQ iclasının keçirilməsi hüququ Azərbaycana keçib. Beləliklə, “beşliyin” növbəti görüşü Bakıda baş tutacaq.
15-17 sentyabr tarixlərində keçirilən görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib. Ekoloji gündəlikdən başqa, tərəflər dəniz sərhədlərinin daha sonrakı müəyyənləşdirilməsi üçün vacib olan başlanğıc xətlərinin müəyyənləşdirilməsi metodikasını da müzakirə etməkdə davam ediblər.
Həmçinin diplomatlar cari beştərəfli əməkdaşlığın icmalını aparıb və gələcək tədbirlərin müxtəlif səviyyələrdə hazırlanması barədə müzakirələr aparıblar. Bakı görüşünün dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.






























