Azərbaycanda ödənişli ata məzuniyyətinin tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.
Bunu Nyu-Yorkdakı BMT qərargahında keçirilən yüksək səviyyəli iclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Muradova ölkədə gender bərabərliyi sahəsində əldə edilmiş mühüm nailiyyətləri qeyd edib: qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığını, uşaq evlilikləri və qohumluq əlaqələrini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikaha daxil olma yaşı ilə bağlı istisnaların ləğv edilməsi.
Komitə sədrinin sözlərinə görə, bu tədbirlər həm qadın hüquqlarının müdafiəsinə, həm də ailə və cəmiyyət arasındakı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Bahar Muradova Azərbaycanın gender bərabərliyi, inkişaf və sülh məqsədlərinə sadiq qaldığını vurğulayıb.
O, son 30 ildə bu sahədə aparılan qlobal səylərin mühüm nəticələr verməsini qeyd edərək, Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərar qəbuletmə proseslərində iştirakının gücləndirilməsi istiqamətində ardıcıl islahatların həyata keçirildiyini bildirib.






























