Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov SOCAR ilə Italiana Petroli S.p.A. və MIP S.p.A. arasında səhm alqı-satqısı müqaviləsinin imzalanması mərasimində iştirak edib.
nazir bunu sosial şəbəkədəki X səhifəsində yazıb.
We participated in the signing ceremony of the Share Purchase Agreement between #SOCAR (@SOCARofficial), Italiana Petroli S.p.A., and MIP S.p.A. within the framework of the 1st #Azerbaijan International #Investment Forum held in Baku. This landmark agreement will play a pivotal… pic.twitter.com/Gdj7pvUWhz
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025
«Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Italiana Petroli S.p.A. və MIP S.p.A. arasında səhm alqı-satqısı müqaviləsinin imzalanması mərasiminə qatıldıq. Bu əlamətdar müqavilə Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini möhkəmləndirməyə, Avropa bazarına birbaşa çıxış əldə etməyə, dəyər zəncirini genişləndirməyə və logistik üstünlükləri möhkəmləndirməyə mühüm rol oynayacaq.
Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq investor kimi artan təsirini və qlobal enerji arxitekturasının formalaşmasında genişlənən rolunu göstərir», – Cabbarov yazıb.






























