Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2024-cü ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 72%, miqdar ifadəsində isə 76% çox olmaqla, 54 min 277 ton şaftalı (nektarin daxil olmaqla) 65,7 milyon dollar dəyərində ixrac edib.
Report Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bunu bildirib.
Hesabat dövründə Azərbaycan Rusiyaya 50 min 282 ton (+65%) şaftalı 60,93 milyon dollar (ötən ilin göstəricisindən 61% çox) dəyərində, Ukraynaya 2 min 327 ton 2,4 milyon dollar (əvvəlki il ixrac olmayıb) dəyərində, Belarusiya 963 ton (+25 dəfə) 1,72 milyon dollar (+37 dəfə) dəyərində, Birləşmiş Ərəb Əmirliklərində 180,4 ton (+86%) 245 min dollar (+83%) dəyərində, Qazaxıstana isə 246,2 ton (+47%) 165,4 min dollar (+65%) dəyərində ixrac edib.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq rəsmi statistika 2011-ci ildən mövcuddur) ilk dəfə olaraq Rumıniyaya (35,46 ton 39,52 min dollar dəyərində), Latviaya (19,2 ton 23,67 min dollar dəyərində) və Honq Konqa (1,34 ton 11,81 min dollar dəyərində) şaftalı ixracı həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilən 56 404 ton şaftalının 97%-i Rusiyaya düşüb.






























