Bakı və Astana arasında vergi ödənişlərində ikiqat vergitutmanın aradan qaldırılması müzakirə edilib.
Caliber.Az -a istinadən Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti məlumat verib.
Müzakirələr nəticəsində Konvensiyanın vergi məsələlərinə dair əksər müddəaları üzrə razılıq əldə edilib.
«Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf qalan açıq məsələlərin tezliklə razılaşdırılması üçün səylərini gücləndirməyi qərara alıb», — bildirilir.
Səfər çərçivəsində Qazaxıstan Milli Gəlirlər Komitəsinin səlahiyyətli nümayəndələri ilə görüş də keçirilib və «Transfert qiymətqoyma» mövzusunda fikir mübadiləsi aparılıb.
«Müzakirələr zamanı hər iki ölkənin transfert qiymətqoyma sahəsindəki təcrübəsi nəzərdən keçirilib və bu sahədə müvafiq qurumlar arasında gələcək əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə edilib», — Dövlət Vergi Xidməti bildirib.
Xeyirəddin Nəsirzadə






























