Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezident köməkçisi Hikmət Hacıyev ilə səmərəli müzakirə keçirdiyinə görə Bakıdakı İsveç səfirliyi təşəkkür edib.
Caliber.Az saytına istinadən sosial şəbəkədəki səfirliyin səhifəsində deyilir.
«Azərbaycanın NATO ilə tərəfdaşlığının daha da inkişafı və daha geniş regional gündəliklə bağlı səmərəli müzakirə üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə böyük təşəkkür edirik.
2025-2026-cı illərdə Bakıdakı Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri rolunu oynayacaqlar», – deyə məlumatda bildirilib.
Qeyd edək ki, görüş Bakıdakı İsveç səfiri Tobias Lorensson və Slovakiya səfiri Elçin Qasımovun iştirakı ilə baş tutub.






























