Nyu-Yorkdakı iş səfəri çərçivəsində Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan Afrika və Yaxın Şərqə həsr olunmuş 7-ci Avropa Korporativ Şurasının iclasında çıxış etdi.
Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, çıxışında xüsusilə qeyd etdi: «Sülh – inkişafın qurulduğu və cəmiyyətin çiçəkləndiyi əsasdır.
Onilliklər boyu davam edən münaqişədən sonra Ermənistan yanaşmalarını yenidən nəzərdən keçirərək sülhün qurulmasını prioritet elan etdi. Yalnız bu konsepsiya artıma, inkişafa və insanları yoxsulluq qıskacından çıxarmağa kömək edir. O, demokratiyanı möhkəmləndirir, vətəndaşlara seçim hüququ verir, azadlığı, ədaləti, bərabərliyi və təhlükəsizliyi gücləndirin.
Təxminən bir ay əvvəl Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının rəhbərləri Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlərarası münasibətlərin qurulması haqqında müqavilənin ilkin variantını imzaladılar və sülh prosesi üzrə üçtərəfli bəyannamə qəbul etdilər. Bu mühüm addım prezident Trampın şəxsi iştirakı və onun administrasiyasının üç onillik münaqişəyə son qoyan ardıcıl səyləri sayəsində mümkün oldu. Afrika oğlu Nelson Mandela demişdir: «Hər şey edilənə qədər qeyri-mümkün görünür».
Sülh üçün şərait yaradıldıqdan sonra Ermənistan rəhbərliyinin prioriteti müasir, rəqabətqabiliyyətli, iqtisadi cəhətdən inkişaf etmiş və siyasi cəhətdən sabit dövlət qurmaq olacaq. Bizim ən böyük sərvətimiz – təhsilli, zəhmətkeş və qanuna hörmət edən cəmiyyətdir».






























