Ermənistan Xarici İşlər Naziri Ararat Mirzöyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıcı qəbul etdi.
Caliber.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə məlumat verib.
Xatırladaq ki, bu gün Ermənistanda iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların nəticəsinə əsasən, tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü xətlərinin bərpası və istismarı üçün zəruri texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.
12 sentyabr tarixində XİN naziri @AraratMirzoyan @serdarkilic9, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Türkiyənin xüsusi nümayəndəsini qəbul etdi. pic.twitter.com/xdZXnvfsS6
— Ani Badalyan, 🇦🇲 MFA Spokesperson (@ArmSpoxMFA) 12 sentyabr 2025






























