Moskva və Vaşinqton Alyaskada nadir torpaq metallarının hasilatı məsələsində razılığa gələ bilər.
TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov nəşrə müsahibəsində bildirdi.
«Biz Alyaskanı tarixi olaraq yaxşı tanıyırıq. Xəz heyvanları, meşə, kit yağı və sair hasil edirdik. Lakin bununla belə, əlbəttə ki, bu müddət ərzində bəzi şeylər dəyişib. Məncə, söhbət konkret olaraq birgə faydalı qazıntıların, o cümlədən nadir torpaq metallarının hasilatından gedirdi. Məhz bundan söhbət gedirdi və bunu müzakirə edirdilər. Ancaq bu hələ də siyasətdən asılı olan bir məsələ olaraq qalır. Hətta Tramp yaxınlarda yenə bunu qeyd edirdi», — dedi.
«Lakin sanksiyaların götürülməsi əsas məsələsi həll edilənə qədər, bu gün böyük ehtimalla belə əməkdaşlıq inkişaf etməyəcək», — Titov əlavə etdi.






























