Azərbaycanın enerji sisteminin sabitliyi “yaşıl” enerji sahəsində investorlar üçün əlverişli mühit yaradan əsas üstünlükdür. Bu yüksək qiymətləndirməni bu gün Bakıda GoodWe şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi Əngəl Tastan “Yaşıl Enerji Həftəsi 2025″də çıxış edərkən verdi.
Onun sözlərinə görə, beynəlxalq investorlar bərpa olunan enerji mənbələrinə (BƏM) sərmayə qərarı qəbul edərkən ilk növbədə mövcud elektrik şəbəkəsinin etibarlılığını və sabitliyini təhlil edirlər. Azərbaycanda yüksək dövlət generasiyası ilə dəstəklənən dayanıqlı enerji ötürücü sistem yeni günəş və külək güclərin inteqrasiyası üçün möhkəm əsas rolunu oynayır.
Lakin bazarın daha da inkişafı üçün ekspertə görə, yalnız stansiyaların tikintisi deyil, həm də şəffaf normativ-hüquqi bazanın yaradılmasına fokuslanmaq lazımdır.
Əngəl Tastan investorlar üçün aydın və səmərəli qaydaların hazırlanması üçün ekspertləri aktiv cəlb etməyi və qabaqcıl beynəlxalq təcrübədən istifadə etməyi tövsiyə etdi. O qeyd etdi ki, məhz bu yanaşma biznesin etimadını qazanmağa və sektorа daha çox uzunmüddətli investisiyaları cəlb etməyə imkan verəcəkdir.






























