Ukrayna Prezidenti Vladimir Zelenski vurğuladı ki, müharibənin sonlandırılması üzrə danışıqlar ölkə liderləri səviyyəsində, “texniki komandalar” deyil, aparılmalıdır.
O, ictimaiyyətə müraciətində bunu bəyan etdi.
“ABŞ Putini dialoqa sövq edə bilər. Bu, istənilən formatlı liderlərin görüşü ola bilər. Əsas məqsəd qətllərin dayandırılmasıdır. Biz Prezident Trampın təklifini – üçtərəfli format, sonra ikitərəfli və ya əksinə – qəbul etməyə hazırıq. Amma orada liderlərin, texniki komandaların deyil, olması vacibdir”, – qeyd etdi Zelenski.
Dövlət başçısı həmçinin Polşada pilotsuz uçuş aparatları ilə bağlı son hadisəyə də şərh verərək “güclü cavablar”a çağırış etdi.
“Mən hesab etmirəm ki, NATO uğursuzluğa uğrayıb. NATO olan hər yerdə müharibə yoxdur. Amma cavab verilməlidir. Güclü cavablar lazımdır”, – vurğuladı Ukrayna prezidenti.






























