Latviyada Rusiya casusunda şübhəli bilinən şəxs tutulub. Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Riqada həbs edilən şəxsin Latviya və NATO-nun hərbi obyektləri barədə məxfi məlumatları Rusiya kəşfiyyatına topladığı və ötürdüyü iddia olunur.
Həbs 27 avqustda baş tutub və hazırda şübhəli şəxs əcnəbi kəşfiyyata məlumat toplamaq və ötürmək ittihamı ilə cinayət işi ilə təqib olunur.
DTX-nin məlumatına görə, güman edilən casusun maraq dairəsinə son dərəcə həssas məlumatlar daxil idi. Bunlar aşağıdakılardır:
Hərbi obyektlərin yerləşməsi və planları;
Təhlükəsizlik sistemləri və yeni strateji obyektlərin tikintisi;
Hərbi qulluqçuların hazırlığı haqqında məlumatlar;
NATO ölkələrinin kontingentlərinin Latviya ərazisindəki mövcudluğu barədə məlumatlar.
Latviya xüsusi xidmətləri toplanmış məlumatların Latviya və Baltikyanı regionun digər dövlətlərinin təhlükəsizliyinə ziyan vura biləcəyindən ciddi narahatdırlar.






























