İQTİSADİYYAT

Şamaxıda “Bootcamp”da kənd təsərrüfatında innovasiyaların tətbiqi müzakirə edildi

Şamaxı rayonunda Üzüm və Şərab Festivalı çərçivəsində növbəti “Bootcamp” keçirilmiş və “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi müzakirə edilmişdir.

Caliber.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib. Dövlət Vergi Xidmətinin Təlim Mərkəzində keçirilən “Bootcamp”də Azərbaycanın 17 ali məktəbinin “Aqronomiya”, “Məlumat analitikası”, “Elektronika” və “Hesablama texnikası” ixtisasları üzrə təhsil alan 20 tələbə iştirak etmişdir.

Proqram çərçivəsində aqrar sektorda ixtisaslaşmış şirkətlərin, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri çıxış etmişlər. Təqdimatlar zamanı ekspertlər iştirakçıların təqdim etdikləri layihələrin daha da təkmilləşdirilməsi, istehsalatda, kommersiyalaşdırma və marketinqdə tətbiqi imkanları barədə öz təcrübələrini və tövsiyələrini bölüşmüşlər.

“Bootcamp” iştirakçıları biotexnoloji üsullarla yetişdirilmiş bitkilərin satışı üçün vahid platforma, suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, kənd təsərrüfatı fəaliyyətinin ağıllı idarə edilməsi üçün proqram təminatı, su hövzələri və akvariuumlarda toplanan balıq tullantılarının təbii, təmiz və maliyyə cəhətdən sərfəli gübrəyə çevrilməsi, heyvandarlıqda Concox Qbit-4G modulu əsasında lokal GPS-izləmə sistemi, ekoloji təmiz mühitdə bioloji fermentasiya üsulu ilə propandiol molekullarının əldə edilməsi, bitki xəstəliklərini fotoşəkillərinə görə tanıyan tətbiq və digər innovativ ideyalar və modellər barədə təqdimatlar etmişlər”, – məlumatda qeyd olunur.

Kənd təsərrüfatı sektorundakı təşəbbüslər geniş müzakirə edilmiş, tələbələrə startap layihələrinin və təqdim olunan modellərinin yeni çağırışlara uyğun olaraq daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilmişdir.

“IV Üzüm və Şərab Festivalı”nda yaradılmış startap zonasında “Bootcamp” iştirakçıları öz məhsullarını və prototiplərini ziyarətçilərə təqdim etmişlər.

Xeyirəddin Nəsirzadə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like

MİR

Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə Avropa Siyasi Birliyi (ASB) 7-ci sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Antoni Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der...

Uncategorized

Azərbaycanda azad edilmiş əraziləri “yaşıl texnologiyalar” və enerji səmərəliliyi prinsiplərinə əsaslanan zonaya çevirən layihə fəal şəkildə irəli aparılır. Bu işin əsas aspektləri Bakıda Energetika...

BÖLGƏ

Gürcüstan xarici tibb tələbələrinin sayına görə dünyada liderlərdən biridir. Caliber.Az Gürcüstan KİV-lərinə istinadən bildirir ki, bu barədə ÜST-ün hesabatında qeyd olunur. Qeyd edilir ki,...

MİR

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiya-nın Ukrayna ərazisindəki hərbi əməliyyatlarını sərt şəkildə qiymətləndirərək onları Moskva üçün «çıxılmaz vəziyyət» adlandırdı. Onun sözlərinə görə, üç ildən...

Copyright © 2025 Magen David Azerbaijan

Exit mobile version