YouTube, Google şirkətinə məxsus videohostinq platforması, keçmiş ABŞ prezidenti Donald Tramp ilə məhkəmə iddiasını həll etmək barədə razılığa gəlib. Platform onun hesabının 2021-ci ildə Kapitoliyə hücumdan sonra bloklanmasına görə 24,5 milyon dollar kompensasiya ödəyəcək.
The Washington Post nəşrinin məlumatına görə, bu vəsaitin əhəmiyyətli hissəsi qeyri-adi məqsədə yönəldiləcək. Razılaşmanın şərtlərinə əsasən, Trampın özünün sərəncamı ilə 22 milyon dollar Ağ Evdə yeni rəqs zalının tikintisinə köçürüləcək. Qalan məbləğ isə YouTube-da senzura tətbiq etməkdə ittiham edən digər iddia iştirakçıları arasında bölüşdürüləcək.
Bu razılaşma Trampın texnoloji nəhənglərlə bağlı analoji sazişlər seriyasında növbəti addım oldu. Əvvəlcə Meta (Facebook və Instagram-ın sahibi) oxşar iddia üzrə 25 milyon dollar ödəyib, X sosial şəbəkəsi (əvvəllər Twitter) isə 10 milyon dollar kompensasiyaya razılıq verib.






























